FHN: 140 nəfər təxliyyə olundu

10:42 | 11.04.2015
FHN: 140 nəfər təxliyyə olundu

FHN: 140 nəfər təxliyyə olundu

Bakının  Xətai rayonunda doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib.

ANN.Az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları ümumilikdə 2149 kv.m sahədə yanıb. Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM