"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Unibankın reytinqini əvvəlki səviyyədə təsdiqləyib. Beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün də reytinqi B "stabil”dir.
"Fitch” mütəxəssislərinin fikrincə, reytinqin əvvəlki həddə saxlanılması bankın göstəricləri ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olmasıyla yanaşı,Unibankın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir. "Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması bankın pərakəndə və mikro-kreditləşməni sürətləndirilməsində böyük rol oynaması ilə də əlaqədardır. Xatırladaq ki, "Fitch Ratings” agentliyi Unibankın reytinqini yüksəldən zaman, kredit portfelin artımını, yüksələn gəlirliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdü.
Unibank-hər kəsin bankı!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !