Forbes Bakını ən yaxşı səyahət yerindən biri adlandırıb

20:39 | 11.01.2023
Forbes Bakını ən yaxşı səyahət yerindən biri adlandırıb

Forbes Bakını ən yaxşı səyahət yerindən biri adlandırıb

Forbes nəşrinə  görə,  Bakı 2023-cü ildə planetin ən yaxşı səyahət yerlərindən biri kimi müəyyən edilib. 

Nəşr 2023-cü ildə Azərbaycanın paytaxtının da daxil olduğu ən yaxşı turizm istiqamətlərinin siyahısını dərc edib. Bakının da adı həmin siyahıya salınıb. 

Forbesdə çıxan məqalənin müəllifi Anya Kartaşova  Bakını   "Qafqaz dağlarının Dubayı adlandırılan Bakı təzadlar şəhəri" kimi təqdim edib. 

O, Azərbaycan paytaxtının memarlıq xüsusiyyətlərinə diqqət çəkərək, Formula-1 yarışlarının Bakıda keçirildiyini də önə çıxarıb. 
 
Forbes ABŞ-da iki həftədə bir nəşr olunan  biznes jurnalıdır.

1917-ci ildə Şotlandiyadan ABŞ-a köçən Forbes tərəfindən qurulan bu jurnala onun ölümündən sonra oğlu Bruce rəhbərlik edib.  Brucedan sonra isə  jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə ediblər.
 
Forbe jurnalının baş ofisi  Nyu-Yorkda məşhur "beşinci avenyuda" yerləşir. 

Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları da nəşr olunmaqdadır.
 
Forbes ingilis dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. 
 
Forbes jurnalının nəşri zənginlər siyahıları ilə daha çox məşhurdur. Forbesin bu mövzuda etdiyi detektiv stilli araşdırmalarının nəticələrinə təxminən 100% dəqiq hesab edilir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb