Forbes: Dünyanın aparıcı şirkətlər siyahısına Çin bankları başçılıq edir

21:31 | 07.05.2015
Forbes: Dünyanın aparıcı şirkətlər siyahısına Çin bankları başçılıq edir

Forbes: Dünyanın aparıcı şirkətlər siyahısına Çin bankları başçılıq edir

Forbes jurnalının tərtiblədiyi və iki mindən ibarət dünyanın ən iri səhmdar cəmiyyətləri siyahısına Çin şirkətləri başçılıq edir.

Global-2000 adlı həmin siyahıda reytinqinə görə birinci yerə Çin Sənaye və Kommersiya bankı (ICBC) layiq görülüb, sonrakı yerləri Çin İnşaat bankı (CCB), Çin kənd təssərüfatı bankı və Çin Bakı (Bank of China) tutublar.

Çin şirkətlərinin arxasınca 3 ABŞ şirkəti yerləşib - Uorren Baffeta məxsus Berkshire Hathaway, JPMorgan Chase maliyyə konqlomeratı və Exxon Mobile neftqaz şirkərti.

Global-2000 reytinq sıralamasına Rusiyanın 27 şirkəti də daxil edilib.

Rusiya şirkətləri arasında irəlidə gedən "Qazprom" dövlət şirkətidir, siyahı tərtibatçıları Qazprom şirkətini 27-ci yerə layiq görüblər.

Rusiyanın Rosneft şirkəti 59-cu yerdə, Lukoil isə 108-ci yerdədir.

Rusiya şirkətlərindən ən aşağı reytinqlər 1927-ci yeri tutan Mail.Ru Group holdinqinə və 1955-ci yerə layiq görülmüş almas istehsalı ilə məşğul olan ALROSA dağ-mədən şirkətinə verilib.

Siyahıya alınan şirkətlər 61 ölkəni təmsil edir, həmin şirkətlərin illik ümumi gazancı 39 trilyon dollar, gəliri isə 3 trilyon dollara bərabərdir. //bbc.co.uk/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM