"Report"un məlumatına görə, yubiley loqotipi Yeni il gecəsində təqdim olunub. Təşkilatçılar seriyanın rəsmi emblemini müasirləşdirərək, 70 rəqəmini əlavə ediblər.
Əsas loqotipdəki kimi qırmızı rəngə boyanan rəqəm yarış trası sahəsini xatırladır. Televiziya yayımçılarına "70"i öz firma rənglərinə boyamaq hüququ verilib.
Yanvarın 6-dan loqotip "Formula 1"in bütün rəqəmsal platformalarında istifadə olunacaq. Təşkilatçılar xüsusi loqotipi "Formula 1"in yubileyinin qeyd olunması istiqamətində ilk addım kimi dəyərləndiriblər. Tədbirlər ilboyu davam edəcək.
Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran-prisi 5-7 iyunda keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !