Fransa 20 il sonra dünya çempionu oldu

20:57 | 15.07.2018
Fransa 20 il sonra dünya çempionu oldu

Fransa 20 il sonra dünya çempionu oldu

Rusiyada keçirilən dünya çempionatı başa çatıb.


Bu gün turnirin final matçı keçirilib. Moskvadanın "Lujniki" stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gəlib.


Onlar 62 oyunluq mübarizənin ardından - yarımfinal görüşlərindən sonra bir-birilərinə rəqib olublar. Ötən gün 63-cü matçda bürünc mükafatçı müəyyənləşmişdi. Belçika İngiltərəni 2:0 hesabı ilə yenərək, mundiallar tarixinində ilk dəfə 3-cü yeri tutub. 


Finalda isə Xorvatiya tarixi nailiyyətə imza ata bilərdi. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin etmiş və bürünc medal qazandıqları "DÇ-1998"dəki nailiyyətini yaxşılaşdırmışdı. Onlar 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya uduzmuşdu - 1:2.


Xorvatların intiqam almaq istəyi baş tutmayıb. Hesab 18-ci dəqiqədə açılıb. Mario Macukiçin avtoqolu Fransanı sevindirib. Xorvatiya 10 dəqiqə sonra İvan Perişiçin qolu ilə bərabərliyi təmin edib. 38-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Antoine Qrizmann Fransanı yenidən heabda önə keçib. 59-cu dəqiqədə Paul Poqba, 65-ci dəqiqədə Kilian Mbappefrəqlənib. Son nöqtəni isə 69-cu dəiqədə Mario Macukiç qoyub - 4:2.


Bununla da Fransa millisi 20 il sonra dünya çempionu olub. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM