Fransa-Azərbaycan hərbi əməkdaşlıq sazişi Ermənistanı xoflandırıb

22:44 | 17.01.2014
Fransa-Azərbaycan hərbi əməkdaşlıq sazişi Ermənistanı xoflandırıb

Fransa-Azərbaycan hərbi əməkdaşlıq sazişi Ermənistanı xoflandırıb

“Bu günlərdə Azərbaycanla Fransa arasında müdafiə sahəsində bağlanmış saziş Ermənistanın uzağı görməyən siyasətinin nəticəsidir”. Bunu müxalifətçi “İrs” Partiyasının sədr müavini Armen Martirosyan deyib.

Müxalifət yetkilisi Minsk Qrupunun digər həmsədri olan Rusiyanın Azərbaycana iri həcmdə müasir döyüş maşınları satmasını da rəsmi İrəvanın səriştəsiz xarici siyasət kursu ilə əlaqələndirib. 

“Əlbəttə ki, belə bir sazişin imzalanması narahatlıq doğurmaya bilməz. Ancaq bu cür anlaşmalar cavab reaksiyalarıdır” – deyib Martirosyan. O, baş verənləri həm də Ermənistanın rolunun tədricən azalması, əvəzində isə Azərbaycanın “aksiyalarının artması” ilə əlaqələndirib. 

Müxalifət yetkilisi yanlış xarici siyasətin nəticəsi kimi Ermənistanın Gömrük İttifaqına qoşulmasını göstərib.

Xatırladaq ki, Fransa ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sazişi müdafiə naziri Zakir Həsənovun bir neçə gün öncə Fransaya etdiyi səfər çərçivəsində imzalanıb.

musavat.com

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM