Fransa Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmalıdır - XİN

13:05 | 16.05.2024
Fransa Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmalıdır - XİN

Fransa Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmalıdır - XİN

Fransa Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmalıdır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. 
 
"Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində Fransa tərəfinin ilk növbədə Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyirik və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edildirik. Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı. Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir. Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq", - XİN-in bəyanatında qeyd olunub.

Fransanın daxili işlər naziri Jerar Darmanin "France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM