Fransa hərbiyyəsi ABŞ hava qüvvələrilə birlikdə Suriyadakı İslam Dövləti qruplaşmasını hədəfləyir. Bu arada ABŞ bildirir ki, Rusiya Suriyada silahlı müxalifətin mövqelərini bombardman edir. Moskva beynəlxalaq koalisiyanın hədəflədiyi qruplara qarşı zərbələr endirdiyini deyir.
Suriya müxalifəti və bir sıra başqa mənbələrə əsasən Kreml müttəfiqi olan Bəşər əl-Əsədə qarşı vuruşan qüvvələri hədəfləyir.
Fransa prezidenti Francois Hollande İslam Dövləti qruplaşmasının adını ərəbcə tələffüz edərək deyib ki, "kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq bütün hava zərbələri başqa qruplar yox - DAEŞ-i hədəfləməlidir.
Cümə axşamı günü Fransa müdafiə nazirliyi bildirib ki, hava zərbələri İD-ni hədəf almayıb. ABŞ müdafiə katibi Ashton Carter isə deyib ki, Rusiyanın bu yanaşması "ocağa benzin tökməyə bərabərdir”.
Francois Hollande və Vladimir Putin arasında görüş Ukrayna sülh prosesini müzakirə etmək üçün çağrılsa da çox güman ki, gündəmin əhəmiyyətli hissəsini Suriya məsələsi tutacaq.
Rusiya artıq ötən iki gün ərzində Suriyadakı hədəflərə havadan zərbələr endirib. Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında 50-dən çox təyyarə və helikopter iştirak edir, Rusiya müdafiə nazirliyi bildirib.
Suriyanın müxalif qrupları bildirir ki, Rusiya hücumlar nəticəsində mülki şəxslər həlak olub. Lakin Rusiya bu iddiaları rədd edib.
Suriyanın SANA dövlət informasiya agentliyi Rusiya hərbi təyyarələrinin İD mövgelərini Rastan, Tel-Bisə, Zəfərani, Tülül əl-Xumra, Aydın, Dər-Fülə və Səlamiyyədə bombaladığını xəbər verib.
Çərşənbə günü Rusiya parlamentinin yuxarı palatası ölkənin hərbi qüvvələrindən xaricdə istifadəsinə icazə verib. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !