Fransa Rusiyaya təzminat ödəyəcək

14:35 | 31.07.2015
Fransa Rusiyaya təzminat ödəyəcək

Fransa Rusiyaya təzminat ödəyəcək

Rusiya və Fransa "Mistral" tipli hərbi gəmilərinin təhvil verilməyəcəyi təqdirdə ödəniləcək təmiznat məsələsinə görə son nəticəyə gəlinib. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə yardımçısı Vladimir Kojin "RİA Novosti" xəbər agentliyinə verdiyi açıqlamada bu məsələnin həll olunduğunu və tərəflərin razılığa gəlindiyini deyib: "Təzminatın nə vaxt ödəniləcəyi ilə bağlı razılığa gəlindi. Ümid edirəm ki, qısa zamanda rəsmi sənədlər də imzalanar. Bundan sonra da biz təzminatın bizə ödəniləcəi dəqiqi vaxtla bağlı ictimaiyyətə məlumat verərik".

İki ölkə arasındakı razılaşmaya görə, "Mistral" hərbi gəmilərindən birincisi 2014-cü ildə, digəri isə 2015-ci ildə Rusiyaya təhvil verilməli idi. Amma Fransa Ukrayna böhranından sonra bu gəmilərin təhvil verilməsindən imtina etdi, amma əvəzində təminatın ödəniləcəyini bildirdi.

Əvvəl Fransa 800 milyon avro ödəməyə hazır olduğunu bildirsə də, Moskva rəsmiləri bunun 1,1 milyar avro olmasını tələb etmişdilər.

"Mistral" gəmi bir çox hərbi üstünlüklərə məxsusdur, eyni zamanda gəmidən eyni anda 2 hərbi helikopter havaya qalxa bilər, yaxud eniş edə bilər.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM