• $ 1.7
  • € 1.9942
  • ₽ 0.020372
  • ₺ 0.0411
  • £ 2.2883

Fransa terrorizmin ən fəal tərəfdarıdır - Ərdoğan

Fransa terrorizmin ən fəal tərəfdarıdır - Ərdoğan
29.02.2024 23:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorizmi ən fəal dəstəkləyən ölkə adlandırıb.

Türkiyənin Aydın şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı mitinqində çıxış edən Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarının təxribatçı fəaliyyətindən bəhs edib.

Bununla əlaqədar o, tikinti materiallarının böyük istehsalçısı olan Fransanın "Lafarge” şirkətinin fəaliyyətini qeyd edib.
"Bölgədə "Lafarge” tərəfindən istehsal olunan sement nəticədə terrorçular üçün sığınacaqların yaradılması üçün istifadə edildi. Təəssüf ki, Fransa terrorizmin ən fəal tərəfdarına çevrildi. İstədiyinə nail ola bildimi? Xeyr!”- Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Suriyanın şimalında terrorçuların Fransa şirkətinin məhsullarından istifadə edərək yaratdıqları sığınacaq şəbəkəsi onlara Türkiyə ordusunun hücumuna müqavimət göstərməyə kömək edə bilməyib.

"Suriyanın şimalında "Lafarge”nin dəstəyi ilə yaradılan bütün sığınacaqları məhv etdik”, - Ərdoğan əlavə edib.Türkiyənin güclənməsi, sənaye istehsalının tempinin artması və müdafiə sənayesinin inkişafı fonunda ölkəyə qarşı təhdidlərin miqyası da artır.
 
"Ölkəmizin əleyhdarları sonda başa düşdülər ki, terror təşkilatlarının əli ilə Türkiyəni zəiflətmək mümkün olmayacaq və buna görə də Türkiyə iqtisadiyyatına ziyan vurmağı hədəfləyiblər", - deyə Ərdoğan vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Zelenski ilə görüşüb
Dünya 22:08
Tramp Zelenski ilə görüşüb
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
Dünya 21:26
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəlib
Dünya 20:42
Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəlib
Paşinyan: Ermənistan Avropa Birliyinə üzv ola bilməz
Dünya 15:25
Paşinyan: Ermənistan Avropa Birliyinə üzv ola bilməz
Makron Trapma zəng edərək etiraz edib: Sizə görə çöldə gözləyirəm...
Dünya 14:57
Makron Trapma zəng edərək etiraz edib: Sizə görə çöldə gözləyirəm...
Fransa Fələstini dövlət kimi tanıyıb
Dünya 23:32
Fransa Fələstini dövlət kimi tanıyıb
Tramp sentyabrın 23-də Zelenski ilə görüşəcək
Dünya 21:57
Tramp sentyabrın 23-də Zelenski ilə görüşəcək
Moskvaya PUA hücumu olub
Dünya 20:45
Moskvaya PUA hücumu olub
Malta Fələstin dövlətini rəsmən tanıyacaq
Dünya 20:27
Malta Fələstin dövlətini rəsmən tanıyacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol