Bu İspaniya əsilli Manuel Valsdır.
Fransada keçirilən bələdiyyə seçkiləri sosialistlərin məğlubiyyəti - baş nazir Jan-Mark Eyro və kabinetinin istefası ilə nəticələndi.
Yeni hökumət başçısı əvvəllər daxili işlər naziri vəzifəsində çalışmış Manuel Vals oldu.
Bu haqda telemüraciətində respublikanın prezidenti Fransua Olland bəyan edib.
Oxu.Az Euronews-a istinadən bildirir ki, seçkilərdə uduzan hakimiyyət məğlubiyyətdə özünü günahlandırıb.
Xatırladaq ki, bələdiyyə seçkilərində sosialistlər sağ müxalifətçilərə məğlub olublar. Bu şəraitdə öz mövqelərini kənar sağ milli cəbhəsində möhkəmləndiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !