Fransalı nazir Azərbaycanı tənqid etdi, Bayramov söz altında qalmadı

17:13 | 27.04.2023
Fransalı nazir Azərbaycanı tənqid etdi, Bayramov söz altında qalmadı

Fransalı nazir Azərbaycanı tənqid etdi, Bayramov söz altında qalmadı

Fransa Laçın dəhlizində  Azərbaycan tərəfindən keçid buraxılış məntəqəsinin qurulmasını pisləyir və bunu tərəflər arasında etimadın azalmasına xidmət etdiyini hesab edir . Bunu Fransanın Azərbaycanda səfərdə olan xarici işlər naziri Ketrin Kolonna bildirib. 
 
"Biz Fransa olaraq Laçın dəhlizində keçid məntəqəsinin qurulmasını pisləyirik.  Bu kimi addımlar  tərəflər arasında etimada xidmət etmir. Biz regionda sülhün olmasını istəyirik", - Kolonna söyləyib. 
 
Bununla yanaşı o bildirib ki, hər iki tərəf  bir-birinin suverenliyini və ərazi ütövlüyünü tanımalıdır. 
 
"Azərbaycan və Ermənistan bir-birinin suverenliyini və ərzi bütövlüyünü tanımalıdır. Mən Bakıya gələndə Qarabağ müharibəsi zamanı həlak olanların qəbirlərini ziyarət  etdim. Mən Sizin acınızı başa düşürəm. Biz minalardan təmizləmək üçün Azərbaycana 0,5 milyon Avro yardım etmişik. Biz hər iki tərəfə müraciət edərək bildiririk ki, itkilər daha olmamalıdır. Bu bölgədə sülh tərəfdarıyıq",  - nazir vurğulayıb. 
 
Onun sözlərinə görə, Fransanın mövqeyi sülhə töhfə verməkdirş 
 
"Fransanın başqa mövqeyi yoxdur. Yeganə mövqeyimiz sülhə töhfə verməkdir",  -  nazir deyib.  
 
Fransalı nazirin bəyanatı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən tənqidlə qarşılandı. O, Fransanı təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymamaqda suçladı. 
 
" Həmkarın burada Azərbaycanın müstəqil addımlarını pislədiyini bildirdi. Mən buna mövqe bildirməyə bilmərəm. 2,5 il ərzində biz dəfələrlə demişik ki, Ermənistan bu dəhlizdən Qarabağ ərazisinə mina gətirmək məqsədilə istifadə edib. 10 min yaraqlı bu dəhlizlə Qarabağa gətirilib. Amma biz Fransanın Ermənistanı buna görə, pislədiyini nədənsə eşitmədik. Fransalı həkarım deyir ki, Beynəlxalq Ədalət Məhkəməsi bu işə baxacaq. Bu məhkəmənin qərarları hər hansı şərtlər daxilində icra edilir. Amma həmkarımın yadına salmaq istəyirəm ki, BMT-nin 4 qətnaməsi var hansı ki qeyd şərtsiz icra  edilməlidir. Amma Ermənistan icra etməyib. Fransanın buna görə Ermənistanı pislədiyini heç eitmədik", -  nazir əlavə edib. 
 
 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM