Fransa freqat və kəşfiyyat gəmilərini Qara Dənizə göndərib. ANS PRESS-in məlumatına görə, bu barədə “İtar-tass” hərbi mənbələrə istinadən xəbər verir. Xəbərə görə, Fransanın hərbi gəmiləri Qara dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raket daşıyan gəmi “Vella Gulf” ilə birgə missiya çərçivəsində fəaliyyət göstərəcək.Hərbi mənbənin məlumatına görə, Rusiya tərəfi gəmilərin dəqiq yerini müəyyən edib. Hazırda “Vella Gulf”gəmisi Rumınya sahillərindədir: “NATO-nun Qara dənizdə hərbi gəmilərinin sayını artırması regionda gərginliyin artmasına səbəb olur”.Xatırladaq ki, Fransa kəşfiyyat gəmisi “Dupuy de Lome”və “Surcouf”freqatını , ABŞ isə mayın 23-də “Vella Gulf”raket daşıyan gəmisini Qara dənizə göndərmişdi.
ANN.az
Bizi sosial şəbəkələrdə izləyin !