Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.
Bu barədə anews.az-a açıqlama verən aktyor ilin sonunda yenidən müayinə olunacağını bildirib.
"Ev şəraitində müalicə alıram. Bu, uzunmüddətli müalicədir. Hələ ki, səhhətimdə gözlə görünəcək, hiss ediləcək dərəcədə böyük bir irəliləyiş yoxdur”, - deyə o bildirib.
Xatırladaq ki, F.Poladov qırtlaq xərçəngindən əziyyət çəkir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !