Hər kəsi – doğmalarını, dostlarını, səhnəni, teatrı, hətta sinəsinə çökən xərçəngi belə sevən Poladovun…
"Azdrama” stressindən, dogma dildə oynamaqdan bir daha ayrı düşmək acısından səsi batan Poladovun…
Səhnədə, sənətdə, əvəzsiz Poladovun…
Mayın 5-də bir daha dostları, sevənləri onun ətrafına toplaşacaq. Bu kəs məzarının, xatirələrinin, adının və ruhunun işığına…
"Təkrarsiz insan, yeri doldurulmayacaq aktyor. Ötən bir ildə təkcə mədəniyyətimiz, teatr və kinomuz üçün deyil, həm də Azərbaycan üçün onsuz necə böyük bir boşluq olduğunu gördük”.
Bu kəlmələri də onun yoxluğunu bir il içində gəzdirib də kimsəylə paylaşmayan Fəxrəddin Manafovdan eşitdik:
"Fuad Poladovsuz bir boşluq… Kainatda Fuad Poladovun adını daşıyan ulduzla yanaşı dərin bir boşluq da yarandı. Allah sənə rəhmət eləsin, yerin behişt olsun, Poladov!”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !