Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb

17:09 | 01.07.2024
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb

Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb

Korrupsiyaya görə 5 il 6ay azadlıqdan məhrum edilmiş Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov Xəzər rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Hakim qərar qəbul edərkən məhkumun cəzasının 2/3 hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsirəhbərliyinin müsbət rəyini əsas götürüb.

Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür