Furkan Azəri: "Biz nə üçün Azərbaycanı təhdid etməliyik?"

13:42 | 08.07.2014
Furkan Azəri: "Biz nə üçün Azərbaycanı təhdid etməliyik?"

Furkan Azəri: "Biz nə üçün Azərbaycanı təhdid etməliyik?"

"Təhdid yalnız Sabirabadda o əməli həyata keçirən şəxsə qarşı ola bilər" Sabirabadda baş verən məlum hadisə ilə bağlı Azərbaycanı təhdid etdiyi bildirilən  Furkan Azeri  adlı şəxs, haqqında  səsləndirilən ittihamlara cavab verib.  İstiqamet.com-un sorğusuna cavab olaraq F.Azeri bildirib ki, onun açıqlamasında təhdid yoxdur.  Qeyd edək ki, Musavat.com-un xəbərinə görə, Suriyda Əsədə qarşı vuruşan ən-Nusra təşkilatı adından Azərbaycan hədələnib. Müsavat.com-un "Suriyada döyüşən azərbaycanlıların sözcüsü" olaraq təqdim etdiyi  Furkan Azeri adlı şəxs "Twitter" hesabından "Sabirabadda yaşananların intiqamı alınacaq, unutmayacağıq",- deyib: "Azərbaycanın Sabirabad şəhərində zorla saqqalı kəsilən qardaşımızı əsla unutmayacağıq və unutdurmayacağıq". F.Azerinin  İstiqamet.com-un sorğusuna cavabını olduğu kimi təqdim edirik: "Mənimlə bağlı yayılan yanlış və iftira dolu xəbərləri oxudum.  İnsaflı və ədalətli olmaq lazımdır. Mənim cümləmdə təhdid yoxdur. Təbii ki, biz Sabirabadda baş verən o hadisəni əsla unutmayacağıq. Bu təhdid deyil. Hətta təhdid olsa belə bu, yalnız Sabirabadda o əməli həyata keçirən şəxsə qarşı ola bilər. Zatən ilk gündən Azərbaycan hökuməti adamı həbs etdi. Daha nə edilməlidir ki? Biz nə üçün Azərbaycanı təhdid etməliyik? "Yeni Müsavat" və digər nəşrlərə ətraflı yazılı cavabım olacaq. Şəxsimizə qarşı atılan iftiralarla vəkilimiz məşğul olur, bütün qanuni haqlarımızdan istifadə edəcəyik. Əldə heç bir dəlil olmadan insanı terrorçu kimi təqdim etmək böyük bir zülmdür". ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM