Oxu.Az xəbər verir ki, AFFA italyan əsilli paraqvaylı sağ cinah hücumçusunu milliləşdirmək qərarına gəlib.
2013-cü ildən ölkəmizdə çıxış etməsi nəzərə alınaraq, Mesa Kollinin FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla, AFFA tərəfindən milliləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 28 yaşlı Sesar Mesa Kolli "Keşlə” (əvvəlki "İnter”) ilə yanaşı, "Zirə”nin də formasını geyinib. Hazırda Rumıniyanın "Universitatya” (Krayova) klubuna məxsus olan futbolçu ötən yaydan "Keşlə”də icarə əsasında çıxış edir.
Onu da bildirək ki, hazırda millimizdə Azərbaycanla bağlılığı olmayan braziliyalı Rişard Almeyda çıxış edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !