Futbolçu Şəhriyar Rəhimov vəfat edib

15:02 | 25.08.2023
Futbolçu Şəhriyar Rəhimov vəfat edib

Futbolçu Şəhriyar Rəhimov vəfat edib

Futbolçu Şəhriyar Rəhimov  vəfat edib. Bu barədə Fanat.az məlumat yayıb.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, Türkiyəyə  müalicəyə gedibmiş. 

Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.

34 yaşlı futbolçu "Səbail"dən başqa, Premyer Liqada "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarının forma geyib. O, Azərbaycan millisində 9 oyun keçirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM