Füzuliyə daha 92 nəfər köç edib

08:02 | 11.09.2023
Füzuliyə daha 92 nəfər köç edib

Füzuliyə daha 92 nəfər köç edib

Sentyabrın 11-də Füzuliyə 24 ailə olmaqla 92 nəfər geri qaytarılıb. Bu barədə  Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, növbəti köç karvanı Bakının Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuli sakinlərinin qayıdışı bu ilin avqustun 18-də başlanılıb.

İndiyədək Füzuliyə 95 ailə olmaqla 349 nəfər köçürülüb.

Birinci mərhələdə Füzuliyə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.

Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti