• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Füzuliyə növbəti 39 ailə yola salınıb

Füzuliyə növbəti 39 ailə yola salınıb
22.04.2024 09:19
Aprelin 22-də Füzuliyə daha 39 ailə - 172 nəfər köçürülüb. Bu barədə Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Bununlada indiyədək Füzuliyə 705 ailənin (2 689 nəfər) daimi məskunlaşması təmin edilib.
 
"Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-ci ilin sonuna kimi Füzuli şəhəri və 10 kəndin bərpa olunması və təhvil verilməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 


1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.


Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
 
Gülnar Nazimqızı  
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Cəmiyyət 18:15
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Cəmiyyət 17:45
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Cəmiyyət 17:04
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 16:53
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Cəmiyyət 14:20
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Hərbi qulluqçulara mənzillər verilib
Cəmiyyət 13:54
Hərbi qulluqçulara mənzillər verilib
Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 13:44
Hava ilə bağlı XƏBƏRDARLIQ
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:03
Sabah 31 dərəcə isti olacaq
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol