"G-20 sammitində Azərbaycanın iştirak etməsi Qarabağ probleminin həllində müsbətə doğru addım atılması deməkdir.” - Bu açıqlamanı ANN.Az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, G-20 sammitini təşkil edən dövlətə hansısa digər dövlətin rəhbərini fəxri qonaq sifətində tədbirə dəvət etmək hüququ verilir: "Qardaş Türkiyə sağ olsun ki, "fəxri qonaq" statusunu Azərbaycana verdi. Hesab edirəm ki, Azərbaycanın G-20 sammitində iştirak etməsinin özü böyük bir uğurdur. Bu sammitin Azərbaycana nə verəcəyi məsələsinə gəlincə, ölkə başçısı İlham Əiyevin dünyanın aparıcı ölkə rəhbərləri qarşısında çıxış etməsi və Qarabağ problemi haqqında söz açması gələcəkdə münaqişənin həll olunmasında müsbət amil ola bilər. Bundan əlavə sammitdə iştirak edən ölkələrin Azərbaycan haqqında fikirləri, məlumatları müsbət mənada daha da artdı. Bir sözlə, G-20 sammitində iştirakımız Azərabaycan uğur gətirəcək”.
Fransadakı terrorun Türkiyədə keçirilən G-20 sammitlə hər hansı əlaqəsi olub-olmaması məsələsinə gəlincə, politoloq vurğulayb ki, belə bir addım atılmasına inanmır: "Politoloq olaraq belə bir hadisənin sammitlə əlaqəsi olmasını düşünmürəm. Çünki bu sammitdə Fransanı istəməyən hər hansı ölkə və Fransa ilə münaqişəsi olan bir ölkə yoxdur”.
Qeyd edək ki, noyabrın 15-i və 16-da Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi hadisəsi hesab edilən G20 ("böyük iyirmilik") sammiti keçirilib. Bu il G20-yə sədrlik edən Türkiyənin təşəbbüsü ilə sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !