"G20" liderlərinin şəxsi məlumatları yayıldı

14:56 | 30.03.2015

"G20" liderlərinin şəxsi məlumatları yayıldı

Ötən ilin noyabr ayında Avstraliyada keçirilən "G20" sammitinə qatılan 31 ölkə liderinin və beynəlxalq təşkilat sədrlərinin pasport nömrələri, eləcə də digər şəxsi məlumatları səhvən üçüncü şəxslərə göndərilib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu günlərdə bunu təsdiq edən fakt ortaya çıxıb. "Guardian" qəzetinin xüsusi yaydığı məlumata görə, Avstraliya Miqrasiya İdarəsinin məmurlarından bir səhvən sözügedən informasiyaları  Asiya Futbol Çempionatının təşkilatçılarına göndərib.

Səhvən sızdırılan məlumatlar arasında pasport nömrəsi, ad, doğum tarixi və viza nömrələri də olub.

15-16 noyabr tarixlərində Brisbanedə keçirilən sammitdə ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Almaniya Baş Naziri Angela Merkel, Çin Prezidenti Şi Jinping, Hindistan Baş Naziri Narendra Rejimi, Yaponiya Baş Naziri Şinzo Abe də iştirak edib.

Sammitdə "G20" ölkələrinin dövlət və hökumət başçılarının yanaşı digər qonaq ölkə liderləri və yeddi beynəlxalq təşkilatın baş katib və rəhbərləri də yer alıb.

Qəzet yazır ki, avstraliyalı rəsmilər e-poçtun səhvən başqa bir adama göndərilməsi ilə bağlı digər ölkələri dərhal xəbərdar etməyib. Lakin Avstraliya Miqrasiya İdarəsinin viza şöbəsinin rəhbərinin açıqlamasına görə, Asiya Futbol Kuboku rəsmiləri mesajı alan adamın bunu sildiyini, virtual aləmdə kiminsə bu məlumatları əldə edə bilmə ehtimalının ola bilməcəyini söyləyib.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM