G7 ölkələri Rusiya ilə bağlı müzakirələr aparır

21:09 | 27.03.2024
G7 ölkələri Rusiya ilə bağlı müzakirələr aparır

G7 ölkələri Rusiya ilə bağlı müzakirələr aparır

G7 ölkələri Rusiya neftinin müəyyən edilmiş qiymət həddini indiki 60 dollar/bareldən endirmək imkanını müzakirə edirlər.

TASS xəbər verir ki, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Payet deyib.

O, həmçinin Rusiyanın yanacaq-energetika kompleksinə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Rusiya xam neftinin bir barelinin qiymətinin 60 dollardan yuxarı həddi 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. G7 ölkələri, Aİ və bir sıra digər dövlətlər Rusiya neftinin bu qiymətdən yuxarı daşınmaması və ya daşınmasına xidmət göstərməmək barədə razılığa gəliblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM