"Gazprom" "Türk axını" kəmərinin tikintisinə dair göstəriş verdi

13:10 | 09.05.2015

"Gazprom" "Türk axını" kəmərinin tikintisinə dair göstəriş verdi

Rusiyanın "Gazprom" şirkəti "Türk axını" qaz kəməri layihəsinin icrası ilə məşğul olan İtaliyanın "Saipem" şirkətinə tikinti işlərinin başladılmasına dair tapşırıq verib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İtaliyalı mütəxəssislər kəmərin Qaradənizin dibi ilə keçən hissəsində inşaat işləri aparacaqlar.
Qeyd edək ki, layihədə sifarişçi qismində çıxış edən "Gazprom"-un bu qərarını "Saipem" şirkətində ötən ilin dekabrında gözləyirdilər. "Türk axını" kəmərinin 2016-ci ilin sonunda işə salınması planlaşdırılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM