"Gelandewagen"li iş adamının küçə sərgüzəştləriVİDEO

14:42 | 24.11.2017

"Gelandewagen"li iş adamının küçə sərgüzəştləriVİDEO

Bakıda iş adamı, sabiq bələdiyyə sədrinin müavini Ramin Babayevin gecə idarə etdiyi avtomobillə yol ərəkəti qaydalarını pozub. Hadisə şahidi iddia edir ki, R.Babayev idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı, "Gelandewagen-Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib. 

Anews.az-ın məlumatına əsasən, Criminal.az-a göndərilən videodakı hadisənin bir neçə gün əvvəl Nizami rayonu, Qara Qarayev prospektində baş verdiyi iddia olunur.

R.Babayev "8-ci kilometr" bazarı yaxınlığında prospektdə "Gelandewagen"lə hərəkətdə olarkən "VAZ-2107" markalı avtomobillə bir-birinə yol verməmək üstündə münaqişə yaranıb. 

Əsəbiləşən iş adamı metronun "Neftçilər" stansiyasının yaxınlığındakı "Dakar" meydanında öz avtomobili ilə "VAZ-2107"-nin qarşısını kəsib. Avtomobildən düşən R.Babayev "Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar", -  deyərək sürücünün üstünə hücum edib. 

Hadisə şahidləri R.Babayevi sakitləşdirib avtomobilinə tərəf aparsalar da, o, "VAZ-210"-nin sürücüsünü başqa yerə apararaq məsələni "çürütmək" istəyir. R.Babayevin metronun "Neftçilər” stansiyası yaxınlığındakı "Ledi Şarm” və "X-lady”, "X-man" geyim mağazalarının, eyni zamanda ''Dostluq'' kafesinin sahibi olduğu deyilir. R.Babayev "PSS-Mühafizə" şirkətinə də rəhbərlik edir. Bundan başqa, R. Babayevin adı mətbuatda "ağacların qənimi" kimi hallandırılıb. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti