Gələn həftə Brüsseldə 4 tərəfli görüş gözlənilir

16:43 | 25.09.2023
Gələn həftə Brüsseldə 4 tərəfli görüş gözlənilir

Gələn həftə Brüsseldə 4 tərəfli görüş gözlənilir

Gələn həftə Brüsseldə Azərbaycan, Ermənistan, Almaniya və Fransa nümayəndələrinin  görüşü gözlənilir. Bu barədə Avropa İttifaqının yüksək səviyyəli rəsmisi Tacc agentliyinə deyib. 
 
"Təsdiq edə bilərəm ki, bizim baş diplomatik məsləhətçimiz Saymon Mordu Ermənistan, Azərbaycan, Fransa və Almaniyadan olan yüksək səviyyəli diplomatlar və Aİ-nin region üzrə xüsusi nümayəndəsi ilə görüşəcək. Bu, mövcud vəziyyəti qiymətləndirmək və mümkün görüşə hazırlamaq üçündür", - o bildirib. 

Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü sammiti keçiriləcək. Qarabağdakı son hadisələrdən əvvəl Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərinin münaqişənin həlli üçün sammit çərçivəsində görüş keçirəcəyi güman edilirdi.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal xarakterli antiterror əməliyyatlara başladığını elan edib. Sentyabrın 20-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə Qarabağda antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində Bakının nümayəndələri ilə Qarabağın erməni əhalisi arasında "reinteqrasiya məsələlərini müzakirə etmək” üçün görüş keçirilib. 
 
Bu gün də Qarabağ icmasının nümayəndələri ilə Xocalıda görüş olub. Görüşün təfərrüatları hələlik açıqlanmır. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM