• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Gələn il Elm və Təhsil nazirliyinə ayrılacaq vəsaitin üç milyon yarımı elmə xərclənəcək

Gələn il Elm və Təhsil nazirliyinə ayrılacaq vəsaitin üç milyon yarımı elmə xərclənəcək
28.11.2023 13:04
2024-cü il Elm və Təhsil nazirliyinə ayrılacaq vəsaitin üç milyon yarımı elmə xərclənəcək. Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

Qurum rəsmisi gənc alimlərin əmək haqqları ilə bağlı da problemlərin olduğunu bildirib.

"Bu problem var. İqtisadi izahatı da açıq məlumatdır. Nazirlik növbəti il üçün motivasiya tədbirlər həyata keçirməyi nəzərdə tutub. Gənc alimlərin mükafatlandırıması nəzərdə tutulub. Bir alimin dünyada tanınan jurnallarda bir məqaləsi üçün 500 avro tələb olunur. Hazırkı maaşla isə bunun mümkünlüyü çətin məsələdir. Buna görə də nazirlik bu istiqamətdə işlər aparır",- Səttarova deyib.

Bundan əvvəl deputat Əziz Ələkbərli Milli Məclisin iclasında söyləyib ki, elmə büdcədən vəsait ayrılsa da, hazırda alimlərin maaşı çox aşağıdır.

"10- cu dərəcə üzrə 420 manat, 14-cu dərəcə üçün gənc alimlərimiz 483 manat alır. Bu da orta aylıq əməkhaqqının 3/1 deməkdir. Doğurdanmı bu məbləğə gənc alimlər yetişdirməyi düşünürük?",- o əlavə edib.

Deputat vurğulayıb ki, hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil və bütün bu məsələlərə yenidən baxılmalıdır.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol