Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq

20:09 | 29.12.2024
Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq

Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq

Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nəqliyyat  daşımaları sahəsində yeni güzəştlər (azadolmalar) nəzərdə tutulub.Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

2025-ci il yanvarın 1-dən etibarən xarici avtonəqliyyat vasitələri aşağıdakı hallarda 2 il müddətinə yol vergisindən azad olunacaq:

Dəmir yolu ilə daşınan yüklər: Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

Yük daşımaları: Xarici avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Qanunun tətbiqi ilə bağlı qaydaların təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Qeyd olunan azadolmalar ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və alternativ dəhlizlərlə rəqabətqabiliyyətliliyinin təmin olunmasına səbəb olacaq. Bu vergi güzəştləri xarici avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşımalar arasında inteqrasiyanı stimullaşdıraraq ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, nəqliyyat sektorunda daha sürətli və səmərəli daşımaların təmin edilməsinə, beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə kömək edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM