Gələn ilin ilk rübunda Şuşaya ilk köç baş tutacaq

17:17 | 07.11.2023
Gələn ilin ilk rübunda Şuşaya ilk köç baş tutacaq

Gələn ilin ilk rübunda Şuşaya ilk köç baş tutacaq

2024-cü ilin birinci rübündə Şuşaya ilk köç baş tutacaq. Bu barədə Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada səfərdə olan Prezident İlham Əliyevə məlumat verərkən deyib. 

O bildirib ki, yaşayış kompleksinin tikintisi ilin sonunda başa çatacaq və 450 mənzil istifadəyə veriləcək. 

"Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq", - o bildirib. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb