Beynəlxalq Mətbuat Mərkəzində gənc müğənni, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi Ataxan Əliyevin "I am always near'' (Həmişə yanındayam) adlı mahnısının çəkilən klipin təqdimatı baş tutub.
Tədbirdə BDU-nun müəllim və tələbə heyəti, tanınmış bəstəkar və müğənnilər, Əməkdar artist Elza Seyidcahan, ədəbi tənqidçi Əsəd Cahangir, tanınmış müğənni Ülvi Qılınc, jurnalistlər, klipin rejissoru Rəhman Əliyev və çəkiliş heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəcibə İlkin müəllif haqqında tədbir iştirakçılarına məlumat verdi. Klipin təqdimatdan sonra Elza Seyidcahan klip və gənc müğənni haqqında öz fikir və tövsiyələrini çatdırıb.
Daha sonra təqdimatda iştirak edən qonaqlar fikirlərini bölüşərək, gənc müğənniyə uğurlar diləyibıər.
Qeyd edək ki, yeni mahnının sözləri və musiqisi Ataxan Əliyevin özünə aiddir. O, "BDU üçün oxu", "Prezidentə hədiyyə" və digər yaradıcı layihələrin, festival və müsabiqələrin fəal iştirakçısı olub.
Sizə "I am always near'' mahnısının klipini və təqdimat mərasimindən fotoları təqdim edirik:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !