Bu gün Ermənistanın paytaxtı Yerevan şəhərində yeni fiqurlu konkisürmə məktəbinin təməlqoyma mərasimi keçirilib.
Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Yerevanın Malatiya-Sebastiya rayonu ərazisində tikiləcək konkisürmə məktəbinin açılışında həmçinin, Rusiya Dövlət Dumasının deputatı, dəfələrlə fiqurlu konkisürmə üzrə dünya və 3 qat Olimpiya çempionu olmuş İrina Rodnina iştirak edəcək.
2015-ci ildə istifadəyə verilməsi nəzərə tutulan layihəni bütünlüklə Rusiyada fəaliyyət göstərən “MonArx” şirkətlər qrupunun prezidenti Sergey Ambartsumyan maliyyələşdirəcək. 500 nəfərlik tamaşaçı məktəbin tikintisinə o, 5 milyon dollar xərcləyəcək.
Xatırladaq ki, Sergey Ambartsumyan 1952-ci il noyabrın 3-də Azərbaycanın Gəncə (o zamankı Kirovadab) şəhərində dünyaya göz açıb və yeniyetməlik illərinə qədər bu şəhərdə yaşayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !