Gəncədə 40 azyaşlını dini təriqətə cəlb ediblər

22:45 | 30.01.2018
Gəncədə 40 azyaşlını dini təriqətə cəlb ediblər

Gəncədə 40 azyaşlını dini təriqətə cəlb ediblər

Gəncə şəhəri, Nizami rayon sakini, 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

Anews.az Report-a istinadən xəbər verir ki, araşdırma zamanı onun xristianyönümlü "Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub.

Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, "Şərqdə ulduz” xristianyönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM