Gəncədə şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar "Hərəyə bir ağac əkək” kampaniyasına start verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında YAP Gəncə şəhər Təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, şəhərin bütün idarə, müəssisə və təşkilatlatın kollektivləri, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.
Bayram əhval-ruhiyyəsi ilə başlayan kampaniyanın ilk günündə YAP fəallarının iştrakı ilə ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində 2000-dən cox şəhərin landşaftına uyğun ağac əkilib.
Havanın soyuq olmasına baxmayaraq, ağacəkmə kampaniyasında ümummilli liderin müdrik ideyalarına daim sədaqətli olan partiya fəalları xüsusi ilə fərqləniblər. Onlar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Bu möhtəşəm kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !