Gənclər Qərbi Azərbaycanlıların səsini beynəlxalq ictimaiətə çatdırmalıdır - Deputat

Azərbaycan gəncləri Qərbi Azərbaycanlıların səsini beynəlxalq ictimaiətə çatdırmalıdır. Bunu Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.
O bildirib ki, bununla bağlı gənclərin üzərinə ciddi məsuliyyət düşür.
"Ermənistan
30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın
işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi. Lakin qazandığımız Qələbə
bizi tarixi torpaqlarımıza qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz
qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir. İndi isə hər biriniz soydaşlarımızın
deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, Qərbi Azərbaycanlıların
haqq səsini dünyaya çatdıraraq, qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin
etməli, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməlisiniz", - komitə sədri dekabrın 6-da Milli Məclisdə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə çıxışında deyib.
Hazırda Milli Məclisdə Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı mövzusunda ictimai dinləmə keçirilir. Tədbirdə bir sıra siyasi,ictimai və eləcə də Qərbi Azərbaycanla bağlılığı olan şəxslər iştirak edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















