• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər Qərbi Azərbaycanlıların səsini beynəlxalq ictimaiətə çatdırmalıdır - Deputat

Gənclər Qərbi Azərbaycanlıların səsini beynəlxalq ictimaiətə çatdırmalıdır - Deputat
06.12.2023 11:29
Azərbaycan gəncləri Qərbi Azərbaycanlıların səsini beynəlxalq ictimaiətə çatdırmalıdır. Bunu  Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib. 
 
O bildirib ki, bununla bağlı gənclərin üzərinə ciddi məsuliyyət düşür. 
 
"Ermənistan 30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi. Lakin qazandığımız Qələbə bizi tarixi torpaqlarımıza qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir. İndi isə hər biriniz soydaşlarımızın deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, Qərbi Azərbaycanlıların haqq səsini dünyaya çatdıraraq, qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin etməli, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməlisiniz", - komitə sədri dekabrın 6-da Milli Məclisdə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə çıxışında deyib. 
 
Hazırda Milli Məclisdə Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı mövzusunda ictimai dinləmə keçirilir. Tədbirdə bir sıra siyasi,ictimai və eləcə də Qərbi Azərbaycanla bağlılığı olan şəxslər iştirak edir. 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol