General-mayor Hikmət Həsənov Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə niyə iştirak etmədiyinin səbəblərini açıqlayıb.
O müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə aldığını bildirib: "10 noyabr 2020-ci il tarixində bağlanan üçtərəfli bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm".
General-mayor həmçinin əlavə edib ki, burda başqa səbəb axtarmaq lazım deyil: "Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!".
Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng edərək təbrik etdiyi ilk general olub.
(bizimxəbər.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !