“General Motors” 2,4 mln avtomobilini geri çağırır

09:12 | 21.05.2014
“General Motors” 2,4 mln avtomobilini geri çağırır

“General Motors” 2,4 mln avtomobilini geri çağırır

Amerikanın “General Motors” avtomobil korporasiyası müxtəlif nasazlıqların olması səbəbindən ABŞ bazarından 2,4 mln avtomobilinin geri çağırılmasını elan edib.APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən “General Motors” artıq 13,6 mln avtomobilini geri çağırıb. Məlumata görə, avtomobil şirkəti bu dəvə 2009-2014-cü illərdə buraxılmış 1,3 mln  “Buick Enclave”, “GMC Acadia” və  “Chevrolet Traverse”, həmçinin 2009-2010-cu illərdə istehsal olunmuş “Saturn Outlook” markalı  avtomobillərini geri çağırıb. Qeyd olunan markalarda qabaq oturacaqların təhlükəsizlik kəmərlərində nasazlıq aşkarlanıb. Bundan əlavə, 1 mln “Chevrolet Malibu” və “Pontiaс G6” markalı avtomobillərin geri çağırılmasına isə səbəb sürət qutusunda ötürücünün trosunda aşkarlanan nasazlıqdır. Bundan başqa, 1,4 min yeni “Cadillac Escalade” markalı avtomobillər də geri çağırılıb. Bu avtomobillərdəki nasazlıq təhlükəsizlik yastıqları ilə bağlıdır.     “General Motors”da bildiriblər ki, hələlik qeyd olunan nasazlıqlar səbəbindən hər-hansı yol-hərəkət hadisəsi qeydə alınmayıb. Şirkətin geri çağırılmış avtomobillərdə nasazlıqların aradan qaldırılması ilə bağlı xərcləri 400 mln dollar təşkil edəcək.     ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti