Türkiyə prezidenti Abdullah Gül gələcək planları ilə bağlı açıqlama verib. ANS PRESS-in məlumatına görə, jurnalistlərə açıqlama verən Gül Ədalət və İnkişaf Partiyasına (AKP) qayıdacağını bildirib. Abdullah Gül sözlərinə belə davam edib: "Bu partiyanın qurucusuyam. İlk baş naziri və prezidentiyəm. Partiyaya dönməkdən daha təbii bir şey yoxdur. Türkiyədə çox şeylər dəyişib. Prezidentlik müddətim bitdiyində şübhəsiz ki, partiyama dönəcəyəm. Pis, yaxşı 7 il keçdi. Bu 7 il ərzində çox şey oldu. Mən keçmişlə o qədər çox məşğul olmaq istəmirəm. Gələcəyə baxıram, səbrlə problemlərin həlli istiqamətində addımlar atıram".Ölkə başçısı AKP-ə qayıdacağı tarixi də açıqlayıb. O bildirib ki, 28 avqust tarixindən sonra partiyaya qayıdacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !