Dünya Rüşvət və korrupsiya qalmaqalı ilə hədəfə götürülən Türkiyə höküməti əks-zərbələr vurmağa hazırlaşır. Belə bir iddia ilə Fətullah Gülənə yaxın olan media qurumları çıxış edib.
Türkiyə mediasının məlumatına görə, baş nazir Rəcəb Tayyip Ərdoğanın iş otağına dinləyici qurğu yerləşdirən şəxsin kimliyi açıqlana bilər. Belə ki, "dövlətlə paralel dövlət olmaz" deyən Ərdoğan Fətullah Gülənin dövlət qurumlarında çalışan tərəfdarlarına qarşı əməliyyatlar keçirməyə əmr edib.
İddia olunur ki, Ərdoğan bu əməliyyatın məxfiliyini nazirlərindən belə gizli saxlayır.
ANSPRESS
Bizi sosial şəbəkələrdə izləyin !