Fətullah Gülənə məxsus olduğu iddia edilən “paralel hökumət” adlı qruplaşmanın üzvlərinin yeni siyahısı meydana çıxıb. ANS PRESS-in məlumatına görə, Gülənçilərin yeni siyahısında Türkiyənin Sabiha Gökçən Havalimanın idarə heyətinin üzvlərinin adı qeyd olunub.Siyahıda 57 nəfərin adı yazılıb. Gülənçilərin siyahısında 2 xanım polisin adının yer aldığı üzə çıxıb. Gülənçi qadın polislərin adlarının yanında “Camaatın bacısı” ifadəsi qeyd olunub.Hava limanındakı “paralel hökumət” üzvlərinin siyahısında S.Y adlı bir şəxsin adı da qeyd olunub. Həmin şəxsin adının yanında isə “Hava limanının imamı” ifadəsi qeyd olunub.Siyahıda adları qeyd olunan şəxslərin əksəriyyətinin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın təyyarəsinə daxil ola bilmək üçün xüsusi vəzifələrinin olduğu bildirilir.Siyahıdakı adlarla bağlı polis tərəfindən araşdırma aparılır. 17 dekabr korrupsiya və rüşvətxorluq qalmaqalından sonra siyahıda adları qeyd olunan şəxslərin əksəriyyətinin ölkənin şərq hissəsinə ezam edildikləri də yayılan məlumatlar sırasında yer alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !