• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Gülər Əhmədovanın vəkili: “Apellyasiya şikayəti verməyəcəyik”

Gülər Əhmədovanın vəkili: “Apellyasiya şikayəti verməyəcəyik”
05.12.2013 18:43

“Heç kəs Gülər Əhmədovanı azad etmək haqqında düşünmür. İşlə tanış olmayan şəxslər hüquqşünas kimi çıxış edirlər.

Lakin işin təfərrüatlarını bilmirlər. Gülər Əhmədova günahsızdır”.

 

Bunu APA-ya açıqlamasında sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bildirib. Vəkil, G. Əhmədova ilə bağlı Konstitusiyanın müvafiq maddəsi, prosessual qanunvericiliyin tələblərinin pozulduğunu deyib: “Önəmli olan 7 mesaj, Elşad Abdullayevlə Sevinc Babayevanın telefon danışığı, Sevinc Babayevanın sağlığında çəkilən video material işə daxil edilməyib. Videonun əsli yoxdur.  Başdan-ayağa quramadır. Heç yerdə Elşad Abdullayevin və Sevinc Babayevanın Gülər Əhmədovaya pul verməsini bir başa təsdiq edən nə videomaterial nə sənəd , nə də şahid var. Apellyasiya Məhkəməsinin də ədalətli olacağına inanmıram. Çox güman ki, apellyasiya şikayəti verməyəcəyik. Gülər xanıma qarşı şər-böhtanları tirajlayan müxalifətçi qardaş-bacılarımıza, ona seçkidə uduzan, yalan danışan  Məmməd Zeynalova və digərlərinə bildirmək istəyirəm ki, bu iş şər - böhtandır. Zamanında sözlərini geri götürmək məcburiyyətində qalmamaq üçün xırda, cılız intiqam hisslərindən uzaq dursunlar. Bu çox gülünc iddiadır. Gülər Əhmədovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 307.2-ci maddəsinə gəldikdə bildirirəm ki, bu maddə ilə bağlı Türkiyədə Sevinc Babayevanı saxlaması güman edilən Səlcuq Ağlayana bəraət verilib və təzminat ödənilib. Zamanı gələndə Azərbaycanda da gülər Əhmədovaya bəraət veriləcək. Məni narahat edən Gülər xanımın xəstəliklərdən əziyyət çəkməsidir. Bu işdə müstəntiq nə qədər məsuliyyət daşıyırsa, mətbuatda işdən xəbərsiz olan ekspertlər, onu sevməyənlər bu böyük yalana şərik olduqları üçün  Allah və xalq qarşısında bir o qədər məsuliyyət daşıyırlar”.

APA

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran prezidenti Qarabağa gəlir
Siyasət 11:20
İran prezidenti Qarabağa gəlir
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Siyasət 10:38
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol