"Google” süni intellektdən istifadə etməklə yaradılan e-poçtların keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə "Gmail” üçün yeni funksiya təqdim edib. u barədə "PhoneArena” məlumat yayıb.
Bildirilir ki, bu yeniliklər həm veb versiyada, həm də "Android” və iOS mobil cihazlarında mövcuddur.
Əsas yeni funksiyalardan biri istifadəçilərə e-poçt yazmağa kömək etmək üçün nəzərdə tutulmuş "Polish”dir. "Polish” üç üslub variantı təklif edir: "Formalize”, "Elaborate” və "Shorten”, məktub mətnini istədiyiniz üslubda formatlamağa imkan verir.
Bu seçimdən istifadə etmək üçün məktubun boş qaralamasını açmalı və "Mənə yazmağa kömək et” işarəsini vurmalısınız. Bu funksiya tədricən istifadəyə verilir və hazırda yalnız bəzi istifadəçilər üçün əlçatandır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !