Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində gömrük nəzarətindən gizlədilmiş 141 min 560 ədəd alkoqollu içkilər üçün aksiz markası aşkar edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !