Gündə 40 siqaret çəkən balaca uşağın başı dərddə...

22:53 | 18.11.2013
Gündə 40 siqaret çəkən balaca uşağın başı dərddə...

Gündə 40 siqaret çəkən balaca uşağın başı dərddə...

Təxminən 3 il əvvəl İndoneziyanın Sumarta adasında yaşayan 2 yaşlı uşağın gün ərzində 40 ədəd siqaret çəkməsi hər kəsi şoka salmışdı. Aldi Rizal indi 5 yaşındadır və bu dəfə başqa dərdə düşüb: şişmanlıq.

İndoneziyada uşaqların siqaretə aludə olması tez-tez rast gəlinən haldır. Amma 2 yaşlı uşağın belə bir vərdişi hökuməti müəyyən addımlar atmağa vadar etmişdi. Başda Aldi Rizal olmaqla kiçik yaşlı uşaqların siqaret aludəçiliyini aradan qaldırmaq üçün xüsusi proqramlar həyata keçirilmişdi. 

Həmin proqram çərçivəsində Aldi Rizal paytaxt Cakartaya gətirilmiş, reablitasiya mərkəzinə yerləşdirilmişdi. "Oyun" terapiyası tətbiq ediləndən Rizai yaşıdları kimi oyuncaqlarla oynamağa adət etmiş və pis vərdişdən qurtulmuşdu.

"Daily Mail" qəzetinin verdiyi xəbərə görə, hazırda 5 yaşında olan Aldi Rizalın siqaretlə mübarizəsi müsbət nəticələnib. Amma gündə 40 siqaret çəkmək vərdişindən qurtulan uşaq həddindən artıq qida qəbul etmə səbəbilə şişmanlıq təhlükəsilə üz-üzədir.

Doktorlar Aldi'nin anası Diana Rizaldan 5 yaşında 25 kiloqram ağırlığında olan uşağına diet tətbiq etməsini istəyiblər. Bu isə Aldi Rizainin öz yaşıdlarından iki dəfə daha çox çəkiyə sahib olması deməkdir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti