Günəşdə güclü partlayış: maqnit qasırğası olacaq

09:30 | 08.01.2014
Günəşdə güclü partlayış: maqnit qasırğası olacaq

Günəşdə güclü partlayış: maqnit qasırğası olacaq

Günəşdə X gücündə yüksək dərəcəli rentgen partlayışı olub, təqribən iki gün sonra isə plazma tullantısı Yerə çatacaq və maqnit qasırğasına səbəb olacaq. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidməti yanında Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, Günəşdə X1.2 dərəcəli partlayış Bakı vaxtı ilə yanvarın 7-də, saat 22:32-də baş verib, onun mənbəyi isə 1944 qrup ləkəsi olub. Son illərdə ən iri qrup ləkələrdən olan 1944 Yerdən iki dəfə böyükdür. Məhz bu qrup çərşənbə axşamı günün ikinci yarısında nisbətən zəif M5.6 dərəcəli partlayışın mənbəyi olub.İnstitutun əməkdaşı bildirib ki, 1944 qrupu Günəşin mərkəzi meridianında yerləşir, bu isə o deməkdir ki, həmin partlayış maqnit qasırğasına səbəb ola bilər.Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq 5 dərəcəyə bölünür: A, B, C, M və X. Minimal A0.0 dərəcəsi Yerdə 1 kvadrat metrə 10 nanovatt şüalanmaya bərabərdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür