"Google" 12 min işçisini ixtisar edəcək

19:30 | 20.01.2023

"Google" 12 min işçisini ixtisar edəcək

"Google"nin ana şirkəti olan Alphabet Inc. təxminən 12,000 işçini ixtisar edəcək. 

Bu barədə şirkətin baş direktoru Sundar Pichai bildirib. 

Bu, sözügedən şirkətin qlobal işçi qüvvəsinin altı faizindən çoxunu təşkil edir. 

Oktyabrda şirkət analitiklərin gözləntilərindən aşağı olan maliyyə nəticələrini açıqlayıb. Mənfəət əvvəlki illə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar olub. Son aylarda Google xərcləri azaltmaq üçün bir sıra addımlar atıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM