Google.ru (axtarış servisinin rus versiyası) səhifəsi qadağan edilmiş informasiya reyesterinə daxil edilib.
Anews.az RBK-ya istinadən xəbər verir ki, "qara siyahıya” daxil edilmə tarixi kimi 2017-ci ilin 16 iyun göstərilir. Bloketmənin təşəbbüskarı Federal Vergi Xidmətidir.
Reyesterdə "çıxış məhdudlaşdırılmır” göstərilsə də, bir sıra operatorlarda artıq saytın yüklənməsi ilə bağlı problemlər yaranıb. Belə ki, Telecom TZ operatorlarında google.ru açılmır.
Rusiya nəzarət komitəsinin nümayəndəliyi vəziyyəti hələlik şərh etməyib. Google-dan bu məsələyə dair suala operativ cavab verilməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !