“Google” yeni qurğunun satışına başlayır

23:19 | 19.03.2014
“Google” yeni qurğunun satışına başlayır

“Google” yeni qurğunun satışına başlayır

“Google” artıq “Chromecast” qurğusunun Avropada satışlarına başlayır. Böyük Britaniyada qurğunun qiyməti 30 funt, başqa ölkələrdə 35 avro olacaq ki, bu da “Apple TV” və ya “Roku Streaming Stick” ilə müqayisədə daha ucuzdur. ABŞ-da qurğu 35 dollara satılır.“Google” şirkəti “Chromecast” qurğusunu internet videonun televizorlara asan və ucuz ötürülmə üsulu kimi təqdim edir. “Chromecast” – real vaxt rejimində “Wi-Fi” şəbəkəsi ilə məzmunu televizora ötürməyə icazə verən kiçik qurğudur: kompüter, telefon və ya planşeti məsafədən idarəetmə pultu kimi istifadə etmək olar.“Google”dan bildirilib ki, “Chromecast” sazlama tələb etmir və dərhal bütün müasir platformalarla işləyir. ABŞ-da artıq “Chromecast” qurğusunun tədarüklərinə başlanılıb.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 5 santimetr ölçüsündə qurğu USB fləş-karta oxşayır, lakin qurğu televizorda HDMI porta yerləşdirilir. O onlardan məzmunu və komandaları alaraq FK-la, noutbukla, smartfonla və ya planşetlə qarşılıqlı təsir etməyi bacarır. “Google”un baş vitse-prezidenti Sundar Piçai deyib ki, “Chromecast” həm “Android”, həm də “iOS” qurğuları dəstəkləyir.Qurğunun çatışmazlıqlarına gəldikdə, hazırda yalnız “YouTube”, “Google Play” və “Netflix” məzmun mənbəyidir. Şirkət yalnız gələcəkdə başqa yayım kanalları əlavə edəcəyinə söz verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM